“Bu vaxta kimi 1200-ə yaxın Azərbaycan gənci dünyanın müxtəlif ölkələrində təhsil almağa göndərilib”-AÇIQLAMA

“Bu vaxta kimi 1200-ə yaxın Azərbaycan gənci dünyanın müxtəlif ölkələrində təhsil almağa göndərilib”-AÇIQLAMA

"2007-ci ildən Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı həyata keçirilir. Bu proqram çərçivəsində cari il də daxil olmaqla 1200-ə yaxın Azərbaycan gənci dünyanın müxtəlif ölkələrində təhsil almağa göndərilib". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov deyib. O bildirib ki, Azərbaycan gənclərinin xaricdə təhsilinə investisiya qoyuluşu bütövlükdə xaricdə təhsil sahəsində stimul yaratmış oldu.

"Təhlillər və analizlərin nəticəsi olaraq deyə bilərəm ki, hətta proqramda olmayan universitetlərdə gənclər təhsil almağa göndərilirlər. Azərbaycan gənclərinin xaricdə uğurla təhsil almaları, Azərbaycanda aldıqları orta, bakalavr təhsilinin davamı olaraq dünya universitetlərində təhsili uğurla davam etdimələri Azərbaycan təhsilinin uğurudur.

Bütün xəbərlər Facebook səhifəmizdə