Gənclər Beynəlxalq Təhsil Sərgisində bir araya gəldi

Gənclər Beynəlxalq Təhsil Sərgisində bir araya gəldi

Bu gün xaricdə təhsil almaq istəyən gənclər və tələbələr Kaspi Təhsil Mərkəzinin təşkil etdiyi Beynəlxalq Təhsil Sərgisində bir araya gəlib. SİA-nın xəbərinə görə, sərgidə 10-a yaxın ölkənin nümayəndələriylə yanaşı, 50-ə yaxın universitet təmsil olunur. Sərginin məqsədi tələbələrin bir sıra xarici ölkələrlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq münasibətlərini qurulması, məlumatverici təqdimatların həyata keçirilməsidir.

Sərgi iştirakçıları universitetlər haqqında ümumi məlumatlar alır, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, proqramları, eləcə də dil kursları haqqında ətraflı məlumat alırlar. Bundan əlavə, sərgidəki şəxslər həmin təhsil ocaqlarının nümayəndələri ilə görüşmə şansı əldə edir, onların xaricdə təhsillə bağlı sualları cavablandırılır.

Təhsil nazirinin müavini Qulu Novruzov belə sərgilərin keçirilməsinin Azərbaycan gəncləri üçün əhəmiyyətli olduğunu deyib. O gəncləri bu sərginin verdiyi imkanlardan istifadə etməyə çağırıb: "Ümid edirəm ki, gənclər bu sərginin köməyi ilə öz maraqları çərçivəsində imkanlarını bir daha araşdıracaqlar. Mən gənclərə tövsiyə edərdim ki, Azərbaycan üçün lazım olan, zəruri olan sahələr üzrə özlərinə ixtisaslar seçsinlər".

Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva isə belə bir təhsil sərgisinin artıq 4-cü ilditr ki, təşkil olunduğunu dyeib. O bildirib ki, sərginin əsas məqsədi dünyanın yerli şəraitdə tanınmış, nüfuzlu universitetlərlə Azərbaycan gəncliyi tanış etmək onalrın axtardığı suallara cavab tapmaq, eyniza zamanda düzgün əlaqələndirmək, müəyyən prorqamlar üzrə hazırlanmasına kömək etməkdir.

Qeyd edək ki, sərgi bu gün saat 18:00-dək Hyatt Regency otelinin Bakı zalında davam etdiriləcək.

2007-ci ildə yaranan Kaspi Təhsil Mərkəzi təhsil sahəsinə yeniliklə gətirək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqla bərabər, gənclərin beynəlkxalq arenaya inteqrasiya etməsinə töhvə verməkdə öz fəlaiyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə