Respublikanın iqtisadi potensialının artması, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün geniş imkanlar yaradıb. SİA-nın xəbərinə görə, respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunan yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır. Artıq 3 saylı Uşaq Xəstəxanası, 3 saylı Uşaq Poliklinikası, 1 saylı Psixiatriya Xəstəxanasının yeni korpusunun və 3 saylı Şəhər Klinik Xəstəxanasının nəzdində yeni yaradılan Psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilib.
Açılışları olan müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunub, burada operativ, yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli imkanlar yaradılıb. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılan şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB