Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Böyük Britaniyanın QS Agentliyinin Dünya Universitetlərinin Keyfiyyət Standartlarının reytinqi üzrə marketinq direktoru Zoya Zaytseva ilə görüşüb. SİA-nın xəbərinə görə, rektor bildirib ki, vahid Avropa təhsil məkanının yaradılması Azərbaycan ali təhsil müəssisələri qarşısında yüksək keyfiyyətli təhsillə yanaşı, müasir dövrdə rəqabətə davam gətirə bilən cəmiyyətin qurulmasını tələb edir. Qonaq da öz növbəsində 2010-cu ildə respublikamızın digər ali təhsil müəssisələri ilə yanaşı, Bakı Dövlət Universitetinin də direktoru olduğu Agentlik tərəfindən 20000 universitet arasında aparılan təhlillərə görə, dünyanın ən məşhur 700 universitetinin reytinq siyahısına daxil edildiyi xatırladaraq rektoru bu münasibətlə təbrik edib.
Sonra qonağın iştirakı ilə seminar keçirilib. Seminarda onun fəaliyyəti dövründə Azərbaycanın ali təhsil müəssisələri ilə də yaranan münasibətlərdən danışan qonaq qeyd edib ki, BDU-da onu ən sevindirən məqamlardan biri də müəllimlə tələbə arasında olan münasibətdir.
Seminarda təhsil nazirinin müavini Qulu Novruzov və digər ali təhsil müəssisələrindən qonaqlar iştirak edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB