BDU-da YAP-ın ilkin ərazi təşkilatının hesabat-seçki konfransı keçirilib
Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) akademik Zahid Xəlilov, 23 ünvanda yerləşən ilkin ərazi təşkilatının hesabat-seçki konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransın əvvəlində YAP-a yeni üzvlər qəbul edilib.
Sonra 2006-2011-ci illərdə partiya təşkilatlarının fəaliyyəti haqqında hesabatla sədr İsmayıl Əliyev çıxış edib. Partiya ərazi təşkilatının gənclər qanadının sədri Daşın Qəmbərov onun rəhbərlik etdiyi strukturun fəaliyyəti haqqında məruzə ilə çıxış edib. İlkin ərazi partiya təşkilatının fəaliyyəti barədə müzakirələrdə BDU-nun rektoru, partiyanın Siyasi Şurasının üzvü, akademik Abel Məhərrəmov, YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov, Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, partiyanın Siyasi Şurasının üzvü Tofiq Hüseynov, partiyanın qadınlar Şurasının üzvü İradə Hüseynova və başqaları iştirak edib. Həmçinin təşkilatın İdarə Həyətinə 21 nəfər, Yasamal rayon partiya təşkilatının Səkkizinci konfransına isə 45 nəfərdən ibarət nümayəndə seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB