Türkiyənin Antalya şəhərində Avropa Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkil etdiyi XV Damar Cərrahiyyəsi Konqresi keçirilib. SİA-nın xəbərinə görə, konqresdə Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Prof. Dr.Gustav Fredrix başda olmaqla, Türkiyə, ABŞ, İngiltərə, Hollandiya, Fransa, Avstriya, İspaniya, Almaniya və digər ölkələrin aparıcı mütəxəssisləri iştirak edib. Bu tədbirdə ölkəni AÜDCC sədri, MKX-nın baş həkimi, tibb elmləri namizədi Dr. Kamran Musayev təmsil edib.
Dr. Kamran Musayev damar cərrahiyyəsinin ən aktual problemlərindən biri olan AAA-nın (Abdominal Aort Anevrizması) – qarın aortasının anevrizmasının müalicəsinə həsr olunan "AAA-nın müalicəsində klassik cərrahi metodu, yoxsa yeni endovaskulyar metodmu?" mövzusunda mühazirə oxuyub. Bu cür konqreslərin ürək-damar cərrahiyyəsinin inkişafında mühüm əhəmiyyəti olduğunu vurğulayan Dr.Kamran Musayev paytaxtda da analoji konqreslərin keçirildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB