Rektor: “Yaxşı yaşayışı olmayan tələbədən yüksək təhsil tələb etmək çətindir”

Rektor: “Yaxşı yaşayışı olmayan tələbədən yüksək təhsil tələb etmək çətindir”

"Təhsil müəssisələrində məskunlaşan qaçqın və məcburi köçkünlərin yataqxanalardan köçürülməsi ilə bağlı prezidentin müvafiq tapşırığı olub. Qaçqınların köçürülməsindən əvvəl Masazır kəndi ərazisində günün tələblərinə uyğun xüsusi yaşayış evləri tikilir. Bu tikinti üçün vəsait ayrılıb və işlərə başlanıb". Bunu SİA-ya açıqlamasında Bakı Dövlət Univeristetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, 2012-ci ilin əvvəlində Dövlət Univeristetinin yataqxanalarının sökülüb yenidən tikilməsi məsələsinə baxılacaq. Onun sözlərinə görə, uzun müddətdir ki, istifadədə olan və yararsız hala düşən binaların hamısı sökülərək yenidən inşa olunacaq: "Bu gün dünyada 150 min universitet var ki, onların da arasında 20 mini aparıcı hesab edilir. 700 universitet içərisində isə Bakı Dövlət Universiteti 608-ci yerdədir. Əgər yataqxanamız olsaydı, ilk 500-300-ün içərisində özümüzü axtaracağıq. Universitetdə yataqxana həyatı vacib sahələrdən biridir. Tələbələrin ümummilli təfəkkürünün formalaşmasında, ideologiyanın dərinləşməsində, yetkinlik dövründə yataqxana həyatı çox vacibdir. Bu yaxşı yaşayışı olmayan tələbədən, yüksək təhsil tələb etmək çətinlik törədir. Qarşıdan gələn 100 illik planlar çərçivəsində Bakı Dövlət Univeristetinin həm maddi-texniki bazasının gücləndirilməsinə, ən əsas yataqxanaların tikilməsinə diqqət yetirilir. 2012-ci ilin əvvəlində başlayacağımız iş qısa müddətdə həyata keçiriləcək və universitet reytinq cədvəlində özünəlayiq yer tuta biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə