Təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” ilə bağlı tədbirlər həyata keçiriləcək
Noyabrın 4-dən 10-dək təhsil müəssisələrində "Uşaq hüquqları aylığı" ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov bununla bağlı imzaladığı əmrə əsasən, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirlərinə müvafiq tapşırıqlar verib.
Əmrdə göstərilir ki, ölkədə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili bu il 20 oktyabr-20 noyabr tarixlərində respublikada "Uşaq hüquqları aylığı"nın keçirilməsini təklif edib. Nazir yuxarıda adıçəkilən qurumlara "Uşaq hüquqları aylığı" ilə bağlı görülən işlər barədə noyabrın 15-dək Təhsil Nazirliyinə məlumat verməyi tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB