Avstriyalı alim ADU-da seminar keçirib

Avstriyalı alim ADU-da seminar keçirib

Azərbaycan Dillər Universitetinin (ADU) Avstriyanın Karl-Françes Universiteti ilə əməkdaşlıq müqaviləsi əsasında Alman dili fakültəsinin müəllimlərinin təkmilləşmə seminarlarına start verilib. SİA-nın xəbərinə görə, görüşdə Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdir əvəzi, baş müəllim Sənubər Zeynalova Avstriyalı professor haqqında iştirakçılara məlumat verib. Avstriya Universitetləri ilə ADU-nun əlaqələrinin genişləndiyini bildirən S. Zeynalova Karl-Françes Universiteti ilə təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Avstriyalı dilçi alim iki həftə ərzində Alman dili fakültəsinin müəllimlərinə, eləcə də III-IV kurslarda oxuyan tələbələrə "Dilçilik" və "Avstriya ölkəşünaslığı" mövzularında 9 seminar keçəcək. Bu seminarlardan beşi tələbələrə, dördü isə müəllimlərə keçiləcək. Seminarlarda müəllim və tələbələr dilçiliyin müxtəlif aspektləri haqqında daha çox biliklərə yiyələnəcəklər. Bununla yanaşı, P. Portman alman dili dərslərində müşahidələr apararaq tədris metodikasını seminarlarda tətbiq edəcək. Onu da əlavə edək ki, seminarlarda Avstriyalı professora Karl-Françes Universitetinin sosiologiya və pedaqogika elmləri üzrə professoru Elektra Portman yardımçı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə