Mirzə İbrahimovun 100 illiyinə həsr olunmuş inşa müsabiqəsi başa çatdı
Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin tələbələri arasında keçirilən xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunan inşa müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, "Mirzə İbrahimov və dil məsələləri", "Mirzə İbrahimovun ədəbi-bədii yaradıcılığı" və "Mirzə İbrahimov-ictimai-siyasi xadim kimi" mövzularında keçirilən müsabiqəyə toxunan Filologiya fakültəsinin dekanı inşaların qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirildiyini deyib. Onun sözlərinə görə, müsabiqəyə təqdim olunan 100-ə yaxın yazıdan qiymətləndirmə komissiyası 14 yazını mükafata layiq görüb.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev isə xalq yazıçısının ictimai-siyasi fəaliyyətindən danışdı. O, M. İbrahimovun istər ictimai, istərsə də siyasi fəaliyyətində azadlıq axtarışında olduğunu və Azərbaycan dilinin kənar təsirlərdən qorunmasında mübarizlik göstərdiyini vurğuladı.
Sonda mövzular üzrə qalib olan 14 tələbə mükafatlandırılıb. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB