ADU-da “Halloween” (Müqəddəslər günü) qeyd edildi

ADU-da “Halloween” (Müqəddəslər günü) qeyd edildi

Azərbaycan Dillər Universitetində (ADU) xristianların bayramı - "Halloween" (Müqəddəslər günü) qeyd olunub. SİA-nın xəbərinə görə, tədbir "Halloween"-ə (Müqəddəslər günü) həsr edilmiş video çarxla başlayıb. Sonra "Halloween" (Müqəddəslər günü) haqqında, müxtəlif ölkələrdə keçirilmə qaydaları barədə danışılıb. Eyni zamanda, tələbələr bayramın digər simvollarını, Xeyir və Şər mübarizəsi haqqında ingilis dilində səhnəciklər nümayiş etdirdilər. Həmçinin bayrama aid şeir və mahnılar səsləndiriblər.

Sonda 2 saylı İngilis dili fakultəsinin dekanı, dosent Vəfa Bənnayeva və digər qonaqlar tələbələrə tədbiri təşkil etdiklərinə görə minnətdarlıqlarını bildiriblər və uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə