TQDK ali təhsil müəssisələrinin nümayəndələri üçün treninqlər keçirir
"Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"-nin cari ildə istifadəyə veriləcəyi ilə əlaqədar TQDK ali təhsil müəssisələrinin nümayəndələri üçün treninqlər keçirir. SİA-nın xəbərinə görə, Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi TQDK tərəfindən yaradılıb. Sistemə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar.
Sistemin cari ildə istifadəyə veriləcəyi ilə əlaqədar bu gündən TQDK ali təhsil müəssisələrinin cavabdeh şəxsləri və operatorlar üçün treninqlərə başlayıb. Məsul şəxslər və operatorlar əlavə treninq keçmək məqsədi ilə noyabrın 16-sı saat 10-da və 14–də də TQDK-nın binasına gələ bilərlər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB