Bu gün Gənclər üçün Təhsil Mərkəzinin təmsilçiləri İstanbul şəhərində keçirilən 33-cü qitələrarası Avrasiya marafonundan geri dönüb. SİA-nın xəbərinə görə, İstanbul Avrasiya marafonu, ilk dəfə Tərcüman qəzeti tərəfindən 1973-cü ildə gündəmə gətirilən Asiyadan-Avropaya marafon ideyası ilə gündəmə gəlib. İdeya bundan ibarət olub ki, turistlər hansı ölkəyə gedirlərsə, orada marafon yürüşü etməlidirlər.
Sonda Misirdə Nil marafonunda iştirak edən turistlərin Türkiyəyə səfəri çərçivəsində bu ideyanın gerçəkləşməsinə razılıq verildi. 1979-cu ildə atletlərin iştirakı ilə bu yürüş marafona rəsmi açılış verilib. Beləliklə, 74 nəfərin, eləcə də 34 turistin iştirakı ilə Boğaziçi körpüsünün 700 metrliyindən ilk Avrasiya marafonu başlayıb. Hər il keçirilən yürüş marafon öz forma məzmununa görə dəyişməklə, on minlərlə insanın yürüşə marağını cəlb edib. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir şəhərində fəaliyyət göstərən amerikalı könüllülərinin də qatıldığı yürüş marafonda 120 mindən çox insan iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB