İtaliyanın Sapienza Universiteti Azərbaycanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq edəcək
İtaliya və Avropanın ən böyük təhsil və elm ocaqlarından biri olan Sapienza Universitetinin professorlarından ibarət nümayəndə heyəti Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 25-28-də ölkəmizdə səfərdə olublar. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Memarlıq və İnşaat Universitetində görüşlər keçiriblər.
Görüşlər zamanı Sapienza Universiteti ilə Bakı Dövlət Universiteti və Tibb Universiteti arasında 2011-ci ilin iyul ayında imzalanmış \"Anlaşma Memorandumlarına\" əlavə olaraq icraçı protokollar, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası və Memarlıq və İnşaat Universiteti ilə ümumi əməkdaşlığa dair \"Anlaşma Memorandumları\" razılaşdırılmış və yaxın zamanlarda imzalanması nəzərdə tutulub.
Eyni zamanda, görüşlər zamanı müəllim və tələbələrin mübadiləsi, birgə elmi layihələr, konfrans, dəyirmi masa və digər tədbirlərin keçirilməsi bərədə razılığa gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB