Məktəblərdə qışa hazırlıq işləri aparılır. SİA-nın xəbərinə görə, Bərdədə yeni tikilən məktəblərdə istilik sistemi qurulsa da şəhər və kəndlərdə yerləşən bir çox məktəblərdə acınacaqlı vaziyət yaşanır. Odun və dizel yanacağından istifadə edən məktəblərdə valideyn köməkliyindən istifadə edilir.
Bərdədə 75 ümumtəhsil orta məktəb fəaliyət göstərir ki, bunların cəmi 18-i istilik sistemi ilə təchiz olunub. Şəhər məktəblərindən fərqli olaraq kənd məktəblərində vəziyyət daha çətindir. Kəndlərdə yeləşən ümumtəhsil müəssisələrində istilik qazanxanaları olmadığından, sovetlər dönəmində quraşdırılmış istilik sistemləri sıradan çıxdığından məktəblərin qızdırılmasında ciddi problemlər yaranır.
Məktəbləri yanacaqla təmin etməkdə cətinlik var. Dövlət tərəfindən ayrılan 30 min manat vəsait qış mövsümündə məktəbləri yanacaqla təmin edə bilmir. Vəsait az olduğundan valdeyinlərin maddi köməkliyindən istifadə edilir. Məktəb direktoru Hakim Məmmədov bildirib ki, yeni istifadəyə verilmiş şəhər məktəblərində qazanxanalar quraşdırlıb. Onun sözlərinə görə, oktyabr ayından başlayaraq qazanxalar işə salınıb.
Şəhər məktəbinin drektoru Qənbər Ağayev isə deyib ki, şəhər və kəndlərdə yerləşən 59 məktəbdə odun və dizel yandırlır. Məktəblərdə yanacaq ehtiyyatı alınsada istilik sobaları quraşdırılmayıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB