Regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin iclası keçirilib

Regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin iclası keçirilib

"Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi"-nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin iclası keçirilib. SİA-nın xəbərinə görə, TQDK tərəfindən Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi yaradılıb. Sistemə respublikasının ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar. Bununla əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə iclas keçirilib.

Müvafiq iclas regionlarda yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və TQDK-nın regional bölmələrinin nümayəndələrinin iştirakı ilə oktyabrın 28-də baş tutub. İclasda işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunmuş və qrafik müəyyən edilib. Regionlarda yerləşən təhsil müəssisələri üçün treninqlər TQDK-nın binasında aşağıdakı qrafik üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə