Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilib-YENİLİK
Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilib. SİA-nın xəbərinə görə, əməliyyat Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Dr. Kamran Musayev tərəfindən aparılıb. Minimal invaziv ürək cərrahiyyəsi kiçik kəsiklə həyata keçirilir. Kəsiyin ölçüsü əməliyyatın növündən asılı olaraq 3-4 sm-dən 7-8 sm arasında dəyişir. Müasir dövrdə minimal invaziv yolla qapaq, şuntlama əməliyyatları, anadangəlmə ürək qüsurlarının ləğvi və s. əməliyyatlar həyata keçirilir. Robotun köməyilə ürək cərrahiyyəsi minimal invaziv əməliyyat növü hesab olunur və xüsusu dizayn olunmuş robot vasitəsilə həyata keçirilir.
Minimal invaziv cərrahiyyənin ənənəvi cərrahiyyədən bir çox üstünlükləri var. Əməliyyat kiçik kəsiklə icra olunduğundan estetik baxımdan daha üstün hesab olunur ki, bu da gələcəkdə kiçik çapıqla müşaiyət olunur. Bu üsulun üstünlükləri daha az ağrı və travma, reanimasiya müddətinin az olması, cərrahiyyədən sonra yatış müddətinin azalması, infeksiya və qanaxma riskinin aşağı olması və daha az qan transfuziyası, qısa müddətdə sağalma və xəstənin iş aktivliyinin tez bərpa olunmasıdır.
Kamran Musayev tərəfindən Azərbaycanda ilk dəfə minimal invaziv yolla uğurlu aortal qapaq cərrahiyyəsi əməliyyatı həyata keçirilib. "Mini aortal qapağın protezləşdirilməsi" adlanan bu əməliyyat 8 sm-lik kəsikdən icra olunub. Aortal qapağın çatışmazlığından əziyyət çəkən xəstə Ə.Ə. (56 yaş) əməliyyatdan 5 gün sonra şəfa ilə evinə yazılıb. Aortal qapağın minimal invaziv metodla protezləşdirilməsi əməliyyatı Mərkəzi Klinikada və respublikamızda bu yenilikçi metodun geniş yayılmasına təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB