Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavini ilə görüşüb
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavini Conatan Heyli ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Amerika dövlətinin təhsilə, elmə verdiyi önəmdən danışan qonaq USAİD ilə BDU arasında olan əməkdaşlığın nəticə verdiyini qeyd edib.
Rektor Abel Məhərrəmov dövlətin təhsilə, elmə qayğısından danışıb, Prezident İlham Əliyevin hər üç sərəncamından ikisinin təhsilə, elmə aid olduğunu deyib. Son illərdə BDU-nun hüquq fakültəsində tədrisin təkmilləşdirilməsi üçün bir neçə addımların atıldığını, 2009-cu ildən İnsan hüquqları, eyni zamanda bu ildən başlayaraq Almaniyanın Wurzburg Universiteti ilə əməkdaşlıq nəticəsində fakültədə Avropa hüququ ixtisaslaşması üzrə magistratura proqramlarının yaradıldığını deyib. Rektor, bütün bu işlərdə USAİD agentliyinin əməyinin olduğunu da qeyd edib.
Sonda qonaq BDU və USAİD arasında əməkdaşlığın daha da inkişaf edəcəyini və bilavasitə elmi işlə məşğul olmaq üçün şərait yaradacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB