ADU-da xalq yazıçısı Mövlud Süleymanlı ilə görüş keçirildi-FOTO

ADU-da xalq yazıçısı Mövlud Süleymanlı ilə görüş keçirildi-FOTO

Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə xalq yazıçısı Mövlud Süleymanlı ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə çıxış edən sözügedən fakültənin dekanı, professor Fikrət Cahangirov ADU-da belə tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirib. Azərbaycan ədəbiyyatında yazıçının özünəməxusu yer tutduğunu vurğulayan dekan M.Süleymanlının milli koloritin əks olunduğu əsərlər müəllifi olduğunu diqqətə çatdırın. Ədəbiyyat sahəsində tanınmış şəxslərlə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışan Filologiya fakültəsinin dekanı belə tədbirlərin tələbələrin dünyagörüşünün formalaşmasında önəmli rol oynadığını qeyd edin.

Görüşdə ədibin həyat və yaradıcılığını əks etdirən slayd da nümayiş olunub. Tələbələr ədibin şerlərindən parçalar səsləndiriblər. Tədbirdə iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

Sonda xalq yazıçısı M. Süleymanlı ona göstərilən diqqəti yüksək qiymətləndirib və "Məndən sonralar" şeirini ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə