İcra başçısı təhsil işçilərinə tapşırıqlar verdi -FOTO

İcra başçısı təhsil işçilərinə tapşırıqlar verdi -FOTO

2011-ci ilin ötən 9 ayı ərzində Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin hesabat yığıncağı keçirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əldə olunan uğurlardan danışıb. Bildirilib ki, Gəncinin iqtisadiyyatının inikşafı ilə bağlı müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 75 milyon 300 min 800 manat investisiya yönəldilib. Bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 42 milyon 875 min 300 manat və ya 1,8 dəfə çoxdur. Ümumi investisiyanın tikinti-quraşdırma işlərində istifadə edilmiş həcmi ötən ilin 9 ayı ilə müqayisədə 2,4 dəfə artaraq 70 milyon 204 min 400 manat olub.

İstehsal təyinatlı obyektlərin inşasında 42 milyon 168 min 700 manat, yəni 56 faiz, qeyri-istehsal təyinatlı obyektlərin inşasına 33 milyon 132 min 100 manat, yəni 44 faiz investisiya sərf edilib.

Gəncə böyük tikinti meydançasına çevrilib. Şəhərin Heydər Əliyev, Ş.İ.Xətai, Atatürk, N.Nərimanov prospektlərində, Nizami, D.Qorqud, Ə.Əliyev, Mehmandarov, Ü.Hacıbəyov, Cavadxan, M.A.Abbaszadə və digər küçələrində yerləşən istehsalat, ticarət, iaşə xidmət və digər sosial mədəni tikililərdə, ümumən 35 küçədə 2 min 250 obyektdən 1 min 720-sində təmir bərpa işləri tamamlanıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan 360 hektar ərazisi olan park yeni layihə əsasında qurulur, burada milli- memarlıq ənənəsi gözlənməklə üçmərtəbəli, 4 min 500 kv metr sahədə Heydər Əliyev mərəkzinin binası və Zəfərtağı inşa olunur. Heydər Əliyev, Ş.İ.Xətai, N.Nərimanov prospektlərində, Z. Hacıyev, D. Qorqud küçələrində 160 çoxmərtəbəli binanın fasadı klassik memarlıq üslubunda təmir edilir, dam örtüyü mansard formasında yenidən qurulur. Səbuhi Xasıyev, Pərviz Səmədov küçələrində, 4 nömrəli orta məktəbin və Mərkəzi Kitabxananın qarşısında, N.Nərimanov parkının ətrafında yol genişləndirilib. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat yığıncağında təhsil sahəsində çalışan işçilərə tapşırıqlarını da verib. Həmçinin mədəniyyət sahəsində görüləcək işlərdən də danışıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə