Təhsil Nazirliyi paytaxt məktəblərində davamiyyətlə bağlı reydlər keçirib
Bakı Şəhər Baş Təhsil idarəsinin sektor müdiri Firidun Həmzəyev jurnalistlərə açıqlamasında bildirib ki, reydlər təhsil naziri Misir Mərdanovun tapşırığına uyğun olaraq keçirilir. "Bu reydlər məktəblərdə davamiyyətin və nizam-intizamın daha da gücləndirilməsinə səbəb olacaq".
Qeyd edək ki, reydlər Təhsil Nazirliyinin təyin etdiyi məktəblərdə aparılırdı. Reyd zamanı jurnalistlərin istəklərinin nəzərə alınmamasının da şahidi olduq. Yol üstü Xətai rayonunda yerləşən 64 saylı orta çəktəbdə də olduq. Burada 10-11-ci siniflər arasında davamiyyətin 85 % olduğu məlum oldu. Məktəb müdriyyəti isə davamiyyətin aşağı olmasını havaların soyuq keçməsi ilə izah etdilər.
Qeyd edək ki, məktəblərdə reydlərin keçirilməsi bu ilin sonunadək davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB