“Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi” fəaliyyətə başlayacaq

Bu gün TQDK-da yaradılan "Tələbə-məzun Dövlət Elektron Məlumat Sistemi" -nin fəaliyyətə başlaması üçün hazırlıq işlərinin aparılması ilə əlaqədar iclas keçirilib. SİA-nın xəbərinə görə, TQDK tərəfindən yaradılan Tələbə-məzun Dövlət Elektron Məlumat Sisteminə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələri qoşulacaqlar. Bununla əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxslərinin ilk iclası keçirilib. İclasda təhsil müəssisələrində yerləşən işçi stansiyalarda çalışacaq məsul şəxs və operatorların proqram təminatından effektiv istifadə etməsi üçün treninqin təşkili və keçirilməsi məsələsi müzakirə olunub və qrafik müəyyən edilib.

Treninqlər TQDK-nın binasında aşağıdakı qrafik üzrə keçiriləcək. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları 4 noyabr əlavə treninq keçmək məqsədi ilə saat 10-da və 14-də TQDK-nın binasına gələ bilərlər.

Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin məsul şəxsləri və operatorları üçün treninqin qrafiki

Tarix

I növbə 1000-1300

II növbə1400-1700

31.10.2011

·Azərbaycan Dövlət Neft Akademiyası

·Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

·Bakı Slavyan Universiteti

·"Azərbaycan" Universiteti

·"Xəzər" Universiteti

·"Odlar Yurdu" Universiteti

·Azərbaycan Tibb Universiteti

01.11.2011

·Azərbaycan Müəllimlər İnstitutu

·Azərbaycan Dəniz Akademiyası

·Fövqəladə Hallar Nazirliyinin Akademiyası

·"Qafqaz" Universiteti

·Elm və təhsil Mərkəzi \"Təfəkkür\" Universiteti

·Azərbaycan Dövlət İqtisad Universiteti

·Azərbaycan Diplomatik Akademiyası

·Bakı Qızlar Universiteti

02.11.2011

·Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

·Azərbaycan İctimai Siyasi Universiteti

·Bakı İslam Universiteti

·Bakı Musiqi Akademiyası

·Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

03.11.2011

·Bakı \"Asiya\" Universiteti

·Bakı Dövlət Universiteti

Bütün xəbərlər Facebook səhifəmizdə