İlk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə vakant yerlərin tutulması üzrə müsabiqə keçiriləcək
Oktyabrın 29-da ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə müsabiqə keçiriləcək. SİA-nın xəbərinə görə, imtahanlar saat 10:00-dan 11:00-dək davam edəcək. Test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunacaq.
Test müsabiqəsinin cavabları və qaliblər müsabiqənin vaxtı bitdikdən sonra 2 saat ərzində elan olunacaq. Eyni yerə bir neçə namizəd olarsa, üstünlük daha çox bal toplayana veriləcək. Ballar eyni olarsa, qalib müsahibə yolu ilə müəyyən ediləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB