Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 24-cü qurultayı keçirilib. SİA-nın xəbərinə görə, qurultayın işində Azərbaycan tərəfindən yalnız Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev iştirak edib. Avrasiya Universitetlərinin Həmkarlar İttifaqı Assosiasiyasının İdarə Heyətinin üzvü F.Şiriyev plenar iclasın əvvəlində "Avrasiya məkanında etnik qruplar, xalqlar vя dinlərarası münaqişələrin aradan qaldırılmasında cəmiyyətin maarifləndirmə prosesinin moderatoru olan ziyalıların rolu" məruzəsi ilə çıxış edib.
Səfər çərçivəsində Fikrət Şiriyev Dağıstan Dövlət Universitetinin 80 illiyi münasibətilə Mahaçqalanın Rus Draм Тeatrında keçirilən təntənəli tədbirdə də iştirak edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov adından təbrik nitqi ilə çıxış edən HİK sədri, dosent Fikrət Şiriyev universitetlərin cəmiyyət həyatında oynadığı roldаn danışıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB