"Azərbaycan mətbuat tarixi antologiyası" kitabının II cildi nəşr olunub. SİA-nın xəbərinə görə, kitabda Azərbaycan mətbuatı və jurnalistikasının inkişaf tarixini və onun elmi-nəzəri prinsiplərini əks etdirən materiallar toplanıb. Azərbaycanın ictimai-mədəni həyatı, sosial-siyasi təkamülü, demokratikləşmə, söz azadlığı, vətəndaş cəmiyyəti və müstəqil dövlət quruculuğu uğrunda mübarizəsində əsaslı rol oynayan "dördüncü hakimiyyət" üçün nəzərdə tutulur. Kitabı nəşrə hazırlayanlar və elmi redaktorları Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müdiri, professor Şamil Vəliyev və kafedranın müəllimi Nəsiman Yaqubludur. Redaksiya heyətinə isə Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov daxildir.
"Azərbaycan mətbuat tarixi antologiyası" kitabının I cildi 2010-cu ildə işıq üzü görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB