BDU rektoru İtaliyanın La Sapienza Universitetinin nümayəndə heyətilə görüşüb-FOTO

BDU rektoru İtaliyanın La Sapienza Universitetinin nümayəndə heyətilə görüşüb-FOTO

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin professoru Anjelo Çianesenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan professorun sözlərindən məlum olub ki, La Sapienza Universiteti 1303-cü ildə təsis edilib və İtaliyanın ən qədim universitetlərindən biridir. 145000 tələbəsi olan universitetin 4500 professoru var və 300-dən çox istiqamətdə tələbə hazırlayır. Sonra BDU haqqında məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin baloniya prosesinə qoşulduğunu deyib. Qonaqlar BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə