ADU rektoru İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan və İndoneziya arasında əlaqələrin surətlə inkişaf etdiyini vurğulayan S.Seyidov bunların möhkəmlənməsində ADU-nun vacib rol oynadığını söyləyib. "Təsadüfi deyil ki, Azərbaycanda yeganə olaraq Dillər Universitetində İndoneziya mərkəzi fəaliyyət göstərir. Bu gün ADU tələbələri İndoneziya dilini öyrənir və sevirlər. ADU-da demək olar ki, bütün ölkələrin mərkəzləri fəaliyyət göstərir. Bunlar içərisində ən aktiv şəkildə işləyən mərkəzlərdən biri də İndoneziya mərkəzidir. Hal- hazırda İspaniya və Rusiya öz ölkələrinin mərkəzlərini yaratmaq istəyirlər". İndoneziyanın Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud isə öz növbəsində Azərbaycanda İndoneziya dilini tədris edən belə bir universitetin mövcud olmasıyla fəxr etdiyini söyləyib. "İndoneziya hakimiyyəti başqa ölkələrin universitetlərində İndoneziya dilini öyrənənləri hər zaman dəstəkləyən proqram həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB