2011-ci ilin sentyabr ayı ərzində respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 67 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 839, mikrobioloji göstəricilərinə görə 575, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 45 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 3377 yaxma, 73 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 137-də, soyuq qəlyanaltı nümunələrinin 4-də mikrobioloji çirklənmə aşkar edilib. Sentyabr ayı ərzində əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş verib, 87 nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB