XI beynəlxalq təhsil yarmarkası keçirilib

XI beynəlxalq təhsil yarmarkası keçirilib

Bu gün paytaxtda azərbaycanlı tələbələrin xaricdə təhsil almasına şərait yaradan 11-ci beynəlxalq təhsil yarmarkası keçirilib. SİA-nın xəbərinə görə, 25-dək universitetlər, dil kursları və beynəlxalq təhsil təşkilatlarının iştirak etdiyi sərgidə tələbələrə, gənclərə müxtəlif ixtisaslar üzrə tədris proqramları haqda məlumat verlib.

Yarmarkanın məqsədi vətəndaşları və təşkilatları bir yerdə və eyni vaxtda toplayıb Azərbaycanın xaricində təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir. ABŞ, Hollandiya səfirliklərinin, ADA, British school, Education USA, İNTO, İSET kimi şirkətlərin qatıldığı yarmarkada iştirakçılar materiallar və bukletlərlə təchiz olunub.

Belə yarmarkalar il ərzində 2-3 dəfə keçirilir. Növbəti belə tədbirin gələn ilin aprel-may aylarında təşkil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sərgi oktyabrın 22-də saat 12:00- dan 16:00-a qədər Hyatt Regency hotelində təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə