AMEA Neft-Kimya Prosesləri İnstitutu ARDNŞ-a müraciət edəcək

AMEA Neft-Kimya Prosesləri İnstitutu ARDNŞ-a müraciət edəcək

AMEA Rəyasət Heyətinin növbəti iclası "Neft sənayesində istifadə olunan yeni səthi-aktiv maddələrin alınması və tətbiqi" adlı elmi məruzəyə həsr edilib. SİA-nın xəbərinə görə, iclasda AMEA prezidenti, akademik Mahmur Kərimov gündəlikdəki məsələlərlə bağlı məlumat verib. Elmi məruzə ilə çıxış edən AMEA Neft-Komya Problemləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Ziyafəddin Əsədov xalq təsərrüfatının bütün sahələrində istifadə olunan səthi-aktiv maddələrin neft sənayesində əhəmiyyətli olduğunu söyləyib. Onların arasında oliqomer və polimer quruluşlu səthi-aktiv maddələrin xüsusilə qiymətli tətbiqi xassələrə malik olduğunu, onların yeni, daha səmərəli nümayəndələrinin alınması və tətbiqinin böyük önəm kəsb etdiyini qeyd edib.

O bildirib ki, araşdırmalar apararkən sənaye istehsalı olan müxtəlif xammal maddələrindən istifadə etməklə əsasən oliqomer və polimer quruluşlu yüksək səmərəli, yeni səthi-aktiv maddələr almağa nail olub. Elmi məruzə AMEA RH-ın qərarı ilə təsdiq edilib və qərara alınıb ki, alınan yeni, yüksək səmərəli neftyığıcı və dispersləyici reagentlərin təcrübi miqyasda istehsalı texnologiyası işlənib hazırlansın və bunun geniş miqyasda tətbiqinin təşkili ilə əlaqədar AMEA Neft-Kimya Prosesləri İnstitutu AR Dövlət Neft Şirkətinə müraciət etsin.

Tədbirdə 2011-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması və digər məsələlər təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə