ADU-nun rektoru gəncləri əcnəbi dillərin öyrənməyə çağırdı

ADU-nun rektoru gəncləri əcnəbi dillərin öyrənməyə çağırdı

Azərbaycan Dillər Universitetində (ADU) "Alman dili günü" nə həsr olunmuş tədbir keçirildi. SİA-nın xəbərinə görə, tədbirdə tələbələr "Almandillii ölkələrin ədəbiyyatı Azərbaycanda", "Məşhur alman şəxsiyyətlərinin alman dili haqqında sitatları və aforizmləri" mövzularından bəhs edən təqdimatlarla çıxış ediblər. Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Herbert Quelle çıxış edərək Azərbaycanda alman dilinə böyük maraq olduğundan məmnunluqlarını ifadə ediblər. ADU-nun rektoru, millət vəkili professor Səməd Seyidov isə rəhbərlik etdiyi ali təhsil ocağında alman dilinin tədrisi üçün hər cür şəraitin mövcud olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə