Azərbaycan travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

Azərbaycan travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransda təmsil olunub

Qazaxıstanın paytaxtı Astana şəhərində Müstəqil Qazaxıstan Respublikasının 20 illiyinə həsr edilən travmatoloq və ortopedlərin Beynəlxalq elmi-praktiki konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda eyni zamanda Qazaxıstan Səhiyyə Nazirliyinin Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 10 illiyi qeyd edilib. Konfransa Almaniya, Avstriya, Çin, Türkiyə, Rusiya, Belorusiya, Ukrayna, Azərbaycan və digər dövlətlərin nümayəndələri iştirak ediblər. Azərbaycan 2 məruzə təqdim edib. Bunlardan "Azərbaycanda yol-nəqliyyat travmatizmi və onun xüsusiyyətləri" dinləticilərin böyük marağına səbəb olub. Təqdim edilmiş materiallarda yüksəksürətli avtomobillərin və ümumən avtoparkın artması ilə əlaqədar yüksək enerjili travma alan xəstələrin sayının artmasına baxmayaraq Səhiyyə Nazirliyi tərəfindən yaradılan 12 regional təcili yardım məntəqələri, onların ən müasir təcili yardım maşınları, reanimobillərlə təchiz edilməsi, əsas avtomobil magistrallarda yerləşməsi, ilk tibbi yardımı hadisə yerində xəsarət almışlara göstərilməsi yaralılara yerində yardım göstərməyə imkan yaradır. Həmçinin qeyd edilmişdir ki, zərərçəkmişlərin ixtisaslaşdırılmış travmatoloji şöbələrə çatdırılması orta hesabla 20 dəqiqə təşkil edir və bu da vacib bir şərtdir. Azərbaycanın nümayəndələri həmkarları ilə gələcəkdə birgə elmi-praktiki işlər aparılması haqda planlar qurublar. Xüsusən Türkiyədən olan 33 nəfər həmkarlarla yeni texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi istiqamətində danışıqlara başlanıb. Konqres yüksək səviyyədə keçirilmiş və ixtisasın bütün sahələrini əhatə edərək innovasiyon texnologiyaların tətbiqi haqqında çoxsaylı yeniliklərlə zəngin olub.

Bütün xəbərlər Facebook səhifəmizdə