Beynəlxalq tədbirdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması təqdim olunacaq
"ITU Telecom World – 2011" beynəlxalq sərgi və forumunda Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması təqdim olunacaq. SİA-nın xəbərinə görə, 24-27 oktyabrda Cenevrədə keçirilən "ITU Telecom World - 2011" beynəlxalq sərgi və forumunda Azərbaycan təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar görülən işlər təqdim olunacaq. Azərbaycanın Milli Pavilyonunda Təhsil Nazirliyinin "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirən layihələri nümayiş etdiriləcək.
Azərbaycan Milli Pavilyonunun ziyarətçiləri Azərbaycan təhsil şəbəkəsi (AzEduNet), pedaqoji kadrların İKT üzrə biliklərinin artırılması, elektron tədris resurslarının hazırlanması, Edu.az Milli Təhsil Portalı, "Elektron məktəb" pilot layihəsi, təhsilin idarəolunmasında informasiya texnologiyalarının tətbiqi, "Həmkara dəstək" və "1 şagird – 1 kompüter" layihələri haqqında geniş məlumat əldə edəcəklər. Azərbaycanın Milli Pavilyonu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil ediləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB