Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirə edilib

Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirə edilib

Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib. SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda müvafiq mövzular əhatə olunmaqla aparılacaq tədqiqat işlərinin mühüm əhəmiyyəti olacağını qeyd edib. Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabova yerinə yetiriləcək tədqiqat mövzuları ilə bağlı müvafiq təkmilləşdirilmə işlərinin aparıldığını və yekun olaraq on səkkiz mövzunun müəyyənləşdirildiyini açıqlayıb. İnstitut direktoru qeyd olunan mövzuların ibtidai siniflərdə müxtəlif məsələləri əhatə etdiyini bildirib. A.Mehrabov eyni zamanda nəzərdə tutulan tədqiqat mövzularında toxunulacaq məsələlər və onların mahiyyəti ilə iştirakçıları tanış edib. Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetirilməsi nəzərdə tutulan mövzularla bağlı tövsiyə vətapşırıqlarını verib,həmin mövzuların adlarında müəyyən dəyişiklik aparıldıqdan və Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə müzakirə edildikdən sonra qəbul edilməsinin məqsədəuyğunluğunu qeyd edib. Nazir, həmçinin aparılan tədqiqatların müxtəlif mənbələr hesabına stimullaşdırılması məsələsinə toxunub. İclasda tədqiqat mövzuları ilə bağlı rəy və təkliflər səsləndirilib, həmin təkliflərin nəzərə alınması qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə