Bu gündən "İrəli" İctimai Birliyi, "Airmed" şirkəti və "Ailə Həkimi" jurnalının təşkilatçılığı ilə "Sağlam Gənclik Naminə" layihəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, bununla bağlı keçirilən tədbirdə Mərasimdə millət vəkilləri, AİDS-lə mübarizə mərkəzinin rəhbəri Həqiqət Qədirova, Respublika Narkoloji Mərkəzinin rəhbəri Telman Məmmədhəsənov və digər rəsmi şəxslər ətraflı məlumat verib. "İrəli" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı bildirib ki, layihə çərçivəsində Bakı şəhərində yerləşən 10 orta məktəblərdə və daha sonra Gəncə şəhərində Yevlax və Sabirabad rayonlarında yerləşən orta məktəblərdə təhsil alan şagirdlərə narkomaniya, AİDS, alkoqol və tütünün zərərləri mövzusunda seminarların keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd gəncləri məktəb yaşlarından zərərli vərdişlərin ziyanı haqqında məlumatlandırmaq və onları təhsil aldıqları təhsil müəssisələrindən aldıqları bilikləri digər şagirdlərlə bölüşmələrini təmin etməkdən ibarətdir. Layihənin təşəbbüskarı İlham Məmmədov isə vurğulayıb ki, gənclərin mövcud problemlərinin həll edilməsi üçün ilk növbədə onların məlumatlandırılması lazımdır. Onun sözlərinə görə, hər bir gənc müəyyən problemlə qarşılaşmadan öncə onun baş vermə səbəblərini bilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB