Böyük Britaniyanın Suffolk Universitetinin nümayəndələri ADU-da olub

Böyük Britaniyanın Suffolk Universitetinin nümayəndələri ADU-da olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Böyük Britaniyanın Suffolk Universitetinin rektoru, professor Mayk Saksı, Marketinq və xarici əlaqələr üzrə direktoru Polli Bricmeni, Elm, Texnologiya və Sağlamlıq fakültəsinin rəhbəri, professor Brendon Noublu və əlaqələndirici şəxs Bilqeyis Məmmədova ilə görüşüb. SİA-nın xəbərinə görə, S.Seyidov universitet haqqında qonaqlara məlumat verərək 5000 tələbənin təhsil aldığını onların diqqətinə çatdırıb. ADU-da müxtəlif dillərin tədris olunduğunu, eləcə də həmin dillərin mərkəzlərinin fəaliyyət göstərdiyini deyib. O, ADU-nun Böyük Britaniyanın Esseks Universiteti ilə əməkdaşlıq etdiyini bildirib və iki universitet arasında imzalanan müqavilənin şərtlərindən danışıb. Rektor Dillər Universitetində təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirərək ikili diplom alacaqlarını bildirib.Professor Mayk Saks Suffolk Universitetinin Esseks və Şərqi Anqlia universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb. Sonra Biznes və idarəetmə fakültəsinin yaradılması haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə