“Doktoranturaya qəbul imtahanlarının test üsulu ilə keçirilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır”-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gündən başlayaraq Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanı keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimovun SİA-ya verdiyi xəbərə görə, insitutlardakı doktoranturaya ərzizə verənlərin sayından asılı olaraq, bəzi institutlarda imtahan bir gün, bəzilərində isə iki, üç gün müddətində ixtisas fənlərindən imtahan keçirilərək başa çatdırılmalıdır. Onun sözlərinə görə, artıq iki ildir ki, doktoranturaya qəbul imtahanı olmadığına görə bu il doktoranturaya ərizə verənlərin sayı əvvəlki ilə nisbətən çoxdur: "Təxminən akademiyada 215 doktorantura yeri uğrunda indi 3 dəfə çox iddiaçılar mübarizə aparacaqlar. Artıq ixtisas fənləri üzrə qəbul imtahanları başlayıb. AMEA-nın Rəyasət Heyətinin müvafiq sərəncamına uyğun olaraq ixtisas fənlərindən sonra fəlsəfədən qəbul imtahanları keçiriləcək. Fəlsəfə fənnindən sonra xarici dillərdən qəbul imtahanı təşkil olunacaq. Qəbul imtahanları noyabr ayına qədər sona çatmalıdır. İmtahanın cavablarına gəldikdə isə başqa imtahanlardan fərqli olaraq, bilet üsulu ilə keçirilir. İddiaçılar imtahan verən günü də aldıqları qiyməti biləcəklər".
A.Həşimov gələcəkdə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, imtahaların test üsulu ilə keçirilməsi barədə hələ dəqiq informasiya vermək olmaz. A.Həşimovun sözlərinə görə, bəzi fikirlər səslənsə də qəbul qaydalarına uyğun olaraq bütün bunlar Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB