Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb. SİA-nın xəbərinə görə, endokrinologiya, psixiatriya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak edib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanlarıfizioterapiya və terapiya ixtisasları üzrə oktyabrın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB