Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiya prosesinə dair tibb bacısı ixtisası üzrə nümunəvi test sualları yenidən işlənərək hazırlanıb. SİA-nın xəbərinə görə, nümunəvi test suallarında beş cavab variantı ilə yanaşı izahlı doğru cavab variantı yerləşdirilmiş, həmçinin test suallarına hazırlaşarkən hansı mənbələrə istinad edilməsi lazım sayılan dərs vəsaitləri də göstərilib.

Məlumat üçün qeyd edək ki, orta tibb işçiləri üçün Sertifikasiya Komissiyasında sınaq test imtahanları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə