ADU-da İnformasiya Texnologiyası departamenti yaradıla bilər

ADU-da İnformasiya Texnologiyası departamenti yaradıla bilər

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Kim En Suk ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq Əlaqələr üzrə prorektor Jalə Qəribova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev iştirak edib.

Koreya ilə əlaqələrin tarixinə toxunan Səməd Seyidov qeyd edib ki, ölkələr arasında münasibətlərin təməli 1994-cü ildə qoyulub. İki ölkə arasında qurulan münasibətlərin durumuna nəzər salan ADU-nun rektoru Koreya ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. ADU-nun bir neçə tələbəsinin Koreyada təhsil aldığını deyən rektor rəhbərlik etdiyi universitetdə magistr pilləsi üzrə Koreyaşünaslıq ixtisasının açıldığını qonağın diqqətinə çatdırıb. Bununla yanaşı, Koreyadan gələn müəllimlərlə çox sıx şəkildə əməkdaşlıq edildiyindən söz açıb.

Öz növbəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəsi Kim En Suk Azərbaycana qrant layihələrin ayrıldığını rektorun diqqətinə çatdırıb. Kim En Suk Azərbaycanda bir sıra qurumlarla əməkdaşlıq etdiklərini bildirib və 2012-2013-cü il üçün yeni layihələr axtarışında olduğunu deyib: "Biz bir çox sahələrdə, o cümlədən prioritet sahələrdən biri hesab olunan təhsil sahəsində də yeni layihələr araşdırırıq, müxtəlif dövlət qurumları ilə görüşürük və təkliflər qəbul edirik. Bizim konsepsiya

Sənədimiz var ki, bütün təkliflər həmin konsepsiyada öz əksini tapır. Bu təkliflərdən ən prioritet olanını seçib reallaşdırmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə