Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikası və tarixi kafedrasının müdiri, bu günlərdə dosent adına layiq görülən Sevinc Ələkbərzadənin məşhur ingilis yazıçısı Uilyam Somerset Moemin "Naxışlı örtük (Painted Veil)" kitabı əsasında yazdığı "Home – reading Guide W.S. Maugham the Painted Veil" dərs vəsaitinin təqdimat mərasimi olun. SİA-nın xəbərinə görə, ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov oxu vərdişinin dili inkişaf etdirmək üçün vacib komponentlərdən olduğunu söyləyərək təqdimatı keçirilən kitabın ADU tələbələri, eləcə də digər ingilis dili öyrənən tələbələr üçün əhəmiyyətli dərs vəsaiti olduğunu deyib. Əvvəlki dövrlərdə bu kimi dərs vəsaitlərinin kənardan alındığını xatırladan prorektor müstəqillik qazandıqdan sonra artıq kitabların ölkəmizdə çap edilməsinin müsbət tendensiyalarından danışıb: "Artıq universitetimizdə də dərs vəsaitləri çıxır. Bu iş üçün yaradılan şərait müsbət qiymətləndirilməlidir. Yeni formatda çap edilən vəsaitlər azlıq təşkil edir. Sevinc Ələkbərzadənin yazdığı dərs vəsaiti olduqca əhəmiyyətlidir".
Kitab haqqında qısa məlumat verən N. Yusifov qeyd edib ki, dərs vəsaiti nəfis şəkildə tərtib edilib. Moemin romanında məntiqi təfəkkürün formalaşması üçün zəmin olduğunu vurğulayan prorektor dərs vəsaiti ilə yanaşı təqdim edilən orijinal kitabın içərisində roman əsasında çəkilmiş filmin diskinin də olduğunu sözlərinə əlavə etdi. İlk dəfə 1925-ci ildə çap edilmiş romanın bu gün də müasir olduğunu diqqətə çatdırıb.
ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov sözlərinə Sevinc Ələkbərzadəni təbrik etməklə başladı. Rəhbərlik etdiyi universitetdə köklü və əsaslı dəyişikliklərin şahidi olduğunu bildirən rektor insanların elmi yaradıcılığa meyl göstərdiyini bildirib. O, tələbələr üçün asan qəbul olunacaq dərs vəsaitinin həm metodiki, həm də dərslik nöqteyi-nəzərindən düzgün yazıldığını deməklə yanaşı, kitabın bütün kriteriyalara cavab verdiyini vurğulayıb.
Dərs vəsaitinin müəllifi, İngilis dilinin leksikası və tarixi kafedrasının müdiri, dosent Sevinc Ələkbərzadə bildirib ki, oxucu Somerset Moemin əsərlərində qaldırılan müxtəlif psixoloji, mənəvi problemlərə biganə qala bilmir. "Naxışlı örtük" romanının ingilis dilinin leksik və qrammatik tələbələrə cavab verdiyini deyən S. Ələkbərzadə məhz buna görə bu roman əsasında ingilis dilində dərs vəsaiti hazırladığını söyləyib. Sonra müəllif yazdığı dərs vəsaitinin məziyyətləri haqqında iştirakçılara məlumat verib. Çıxışının sonunda o, kitabın çap edilməsində əməyi olan bütün şəxslərə minnətdarlığını bildirib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB