ADU-nun rektoru ispaniyalı qonaqla görüşüb

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Türkiyədə İspaniya səfirliyinin Mədəniyyət işləri üzrə attaşesi Karlos Ruislə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova, Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev, İspan dili kafedrasının müdiri Aybənisə Əliyeva və kafedranın müəllimi, ispaniya vətəndaşı Anxel Konde Munyos iştirak edib.

S.Seyidov İspaniyanın təkcə Avropada deyil, bütün dünyada aparıcı dövlət olduğunu vurğulayıb. O, universitet haqqında məlumat verərək İnformasiya Resurs Kompeksinin (İRK) fəliyyətindən söhbət açıb. Rektor qeyd edib ki, univesitetdə tədris olunan dillərin mərkəzləri də fəaliyyət göstərir və bu baxımdan İspan dili mərkəzinin də yaradılmasına böyük ehtiyac vardır.

İspan dili mərkəzinin yaradılmasını yüksək dəyərləndirən qonaq bu istiqamətdə atılan addımların gələcək əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə