Təhsil Nazirliyi xüsusilə birinci siniflərlə bağlı valideynlərə müraciət edib. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib ki, bəzən I sinif uşaqlarının valideynləri kitabların ağırlığından şikayətlənirlər. O bildirib ki, amma I siniflərdə uşaqların çantalarını valideynlər özləri ağırlaşdırırlar. Təəssüflər olsun ki, valideynlərin bunu uşaqların kitablarının ağır olması ilə əlaqələndirdiyini dyeən B.Hüseynzadə vurğulayıb ki, Təhsil Nazirliyinin mütəxəssisləri bu işlə bağlı araşdırma aparıb.
"Araşdırma zamanı müəyyən olunub ki, I sinifdə ümumi 5 kitabın çəkisi 1 kq 145 qram, iş dəftərləri ilə birgə isə 2,5-3 kq olub. Amma biz gördük ki, valideynlər uşaqlara uyğun olmayan çantalar alır, oraya ağır olan dəmir qablarda qida məhsulları qoyurlar. Bir uşaqda aşkarladığımız su qabının çəkisi onun ümumi kitablarının çəkisinə bərabər idi. Yaxşı olardı ki, valideynlər buna riayət etsinlər. Eyni zamanda gördük ki, bəzi valideynlər bir uşağa istifadə üçün 2 kitab lazımdısa, 5 kitabın hamısını çantaya qoyur. Bu hallar yolverilməzdir və onun qarşısını valideynlər özləri almalıdırlar", - deyə nazirlik sözçüsü əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB