Nazir: \"65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi bəzi məktəblərdə müəllim çatışmazlığını yaradıb\" - MÖVQE

Nazir: \"65 yaşlı müəllimlərin təqaüdə göndərilməsi bəzi məktəblərdə müəllim çatışmazlığını yaradıb\" - MÖVQE

Azərbaycanda 65 yaşlı müəllimlərin təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmazlığı ilə bağlı problem yaranmayıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, bununla bağlı yalnız ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var. Nazirin sözlərinə görə, bütün bu problemlər zamanla öz həllini tapır.

Məktəblərdəki psixoloq xidmətinə gəlincə, M.Mərdanov əlavə edib ki, böyük məktəblərin hər biri rəsmi psixoloq xidməti ilə təmin edilib: "Kiçik məktəblərdə müəyyən çətinliklər var və eyni zamanda respublikamızda bu işi görməyi bacaran psixoloqların sayı da kifayət qədər deyil. Bu istiqamətdə iş aparırıq\".

Təhsil naziri müəllimlərin böyük əksəriyyətinin qadınların təşkil etməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda müəllimlərin 80 faizi qadınlar təşkil edir."Tarixən tək Azərbaycanda yox, dünyanın əksər ölkələrində qadın müəllimlər çoxluq təşkil edir. Mən buna təbii baxıram. Qadın eyni zamanda anadır və ailədə uşağın tərbiyəsi ilə də o məşğul olur. Əlbəttə, həyatda kişi və qadın bir olanda həyat daha gözəl olur. Qadın və kişi təklikdə olanda inkişafın stimulu olmur. Bizim reallıq ondan ibarətdir ki, qadınlar kişilərə nisbətən təhsil sahəsində daha çoxdurlar. Bu baxımdan prosesin tənzimlənməsi o qədər də asan deyil. Təbii ki, kişilər də müəllim olsalar, daha yaxşı olar", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə