Azərbaycanın bütün məktəbləri yüksəksürətli internetlə təmin olunacaq
"Təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycandakı bütün
orta məktəblərinin informasiya-kommunikasiya texnologiyaları və yüksəksürətli
internetlə təmin edilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu təhsil
nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. Bu işlərin
yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəblərində aparılmadığını
deyən Q.Novruzovun sözlərinə görə, hazırda
paytaxtdan kənar, kənd rayonlarında da məktəblərin informasiya-kommunikasiya
texnologiyaları və yüksəksürətli internetlə təmini üçün işlər görülür. Q.Novruzov
qeyd edib ki, nazirliyin yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsi tərəfindən yaradılmış portala qoşulan və onun resurslarından istifadə
edən məktəblərin sayı artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB