Bu gün Təhsil Nazirliyinin təşkil etdiyi təhsil mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan müsabiqəni keçirməkdə əsas məqsəd uşaq və gəncləri dövlətçilik, vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə etməkdir.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqə üç mərhələdə məktəb, şəhər və respublika mərhələlərində keçirilib. Onun sözlərinə görə, müsabiqənin şəhər və rayon mərhələsində 8 minə yaxın məktəbli iştirak edib: "Müsabiqənin respublika mərhələsinə isə 210 rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının rəssamlarınadan ibarət münsiflər heyəti tərəfindən yekun seçim aparılıb və ilk 30 qalib elan edilib. Müsabiqənin respublika mərhələsində 1, 2 və 3-cü yerləri tutan məktəblilər nazirliyin diplomu və hədiyyələri ilə mükafatlandırılıb."
Tədbirin davamaında çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Rəssamlıq Akademiyasının prorektoru və digər qonaqlar müsabiqənin keçirilməsini yüksək qiymətləndirib və qalibləri təbrik ediblər.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB