Azərbaycanda doktoranturaya qəbul keçirilir

Azərbaycanda doktoranturaya qəbul keçirilir
Bu gündən Azərbaycanda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanlarına başlanıb. SİA-nın xəbərinə görə, AMEA-nın elmi təşkilat və müəssislərində doktoranturaya ixtisas fənləri üzrə imtahanlar oktyabrın 25-nə qədər davam edəcək. AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 yerə qarşı 478 nəfər sənəd verib.

Oktyabrın 26-dan isə AMEA-nın tabeliyində olan doktoranturalara fəlsəfə və xarici dil fənlərindən qəbul imtahanlarına başlanacaq. Doktoranturaya qəbul imtahanları ümumilikdə noyabrda başa çatacaq.

Təhsil Nazirliyinin (TN) tabeliyində olan ali məktəblərin doktoranturalarına isə qəbul imtahanları oktyabrın 20-dən başlayacaq. Noyabrın 20-dək keçiriləcək qəbul imtahanları bütün ali məktəblərdə eyni vaxtda başlamayacaq.
Ümumilkdə, qəbul imtahanları 19 ali məktəbdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə