“Müstəqilliyimiz əbədidir\" müsabiqəsinin qalibləri mükafatlandırıldı-FOTOSESSİYA

“Müstəqilliyimiz əbədidir\" müsabiqəsinin qalibləri mükafatlandırıldı-FOTOSESSİYA

Bakı şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir\" adlı müsabiqənin yekunlarına həsr edilən konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfrans Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilib. Tədbirdə çıxış edən Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva Azərbaycanın 20 il müddətində bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm işlər gördüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu qeyd edib.

O, bildirib ki, təhsil sahəsində də yüzlərlə dövlət proqramları və layihələr icra olunub ki, bütün bunlar da Azərbaycan təhsilinin inkişafına xidmət edir. Müsabiqə barədə məlumat verən idarə sədri isə qeyd edib ki, müsabiqə sentyabrın 27-dən etibarən start götürüb. Onun sözlərinə görə, bu müsabiqənin keçirilməsində məqsəd şagirdləri tarix, dövlət müstəqilliyi ilə bağlı maarifləndirmək, həmçinin onların bu istiqamətdə istedad və bacarıqlarını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə iki inşa yazı və bədii qiraət nominasiyaları üzrə keçirilib. Bədii qiraət nominasiyası üzrə şəhər mərhələsində 226 şagird iştirak edib. Bədii qiraət nominasiyası üzrə 12, inşa yazı nominasiyası üzrə 11 qalib elan olunub. Bu günkü tədbirdə həmin qaliblərə fəxri fərman və pul mükafatları verilib. Şəhər turlarına vəsiqə alan iştirakçılara isə sertifikatlar təqdim edilib.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə