\"Bakı şəhər Təhsil İdarəsinin tabeçiliyində olan məktəblər tam olaraq qış fəslinə hazırıdır\". SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Zəminə Əliqızı məlumat verib. O, bildirib ki, məktəblərin istilik təchizatı ilə bağlı mövsümü problemlər iki il bundan əvvəl tam olaraq həll olunub: "Amma təəssüflər olsun ki, məktəbəqədər təhsil müəssisələrində bu problemi tam olaraq həll edə bilməmişik. Bu gün Bakı şəhər Təhsil İdarəsinin tabeçiliyшndə olan 8 məktəbəqədər təhsil müəssisəsi var ki, onların da istlik sistemində müəyyən problemlər mövcuddur və həmin müəssisələrdə istilik təchizatını tam olaraq təmin edə bilməmişik. İnanırıq ki, atılan addımlar nəticəsində gələcək illərdə də məktəbəqədər təhsil müəssisələrinin qış fəsilində istilik təchizatını tam olaraq təmin edə biləcəyik."
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB