\"Məktəblərdə meyvə-tərəvəz satışı ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin bir müddət öncə təklif irəli sürmüşdü. İlkin mərhələdə cəmiyyət buna hazır deyildi\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı məlumat verib. O, bildirib ki, idarə bunu israrla təkid etməkdədir. Onun sözlərinə görə, əslində məktəb bufetlərində meyvə-tərəvəzin satılması ilə Bakı şəhər Təhsil İdarəsinin birbaşa əlaqəsi yoxdur: "Biz uşaqların sağlam qidalanması üçün bu addımı atırıq. Məktəb bufetləri bizim idarənin tabeçiliyində deyil. Valideynlər və uşaqlar tərəfindən isə belə bir təşəbbüs var. Biz məktəblərin iaşə müəssisələri ilə danışıqlar apardıq. Onalar bu adımı atdı və məktəblərdə meyvə-tərəvəz satışına artıq başlanıb. Məktəblərdə satılan meyvə-tərəvəzin qiymətləri həm uşaqların, həm də valideynlərin büdcəsinə münasib səviyyədədir".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB